İran

Tehranda həyəcan siqnalı verilib

Ötən gecə təxminən 23:30 radələrində Tehranda hava hücumuna qarşı həyəcan siqnalı işə düşüb. Həyəcan siqnalının səsi Tehranın qərb hissəsində eşidilib, sosial şəbəkə istifadəçiləri həmin anlara dair videoları yayıblar. Daha sonra Tehran əyalətinin rəhbərliyi həyəcan siqnalının işə düşməsinin səbəbinin “təşkilatlardan birinin sistemində baş vermiş xəta” olduğunu bildirib. Həyəcan siqnalı dayanıb, amma onun işə düşməsinin səbəbləri ilə bağlı müxtəlif məlumatlar hələ də yayılmaqdadır. Məlumata görə, siqnalın işə düşdüyü dəqiqələrdə Türkiyənin “Turkish Airlines” hava yolları şirkətinin İstanbuldan Tehrana uçan TK874 bort nişanlı müsafir uçağı Bakı yönündə yola düşüb. Uçaq yerli vaxtla saat 00.05-də Tehrana enməliydi, amma şəhərin üstündə bir neçə dövrə vurduqdan sonra yönünü dəyişib və Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanına enib. Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanının rəsmisi Farşid Hüseyninin sözlərinə görə, əlverişsiz hava şərtlərinə görə, uçağın xələbanı hava limanına enməməyi qərara alıb. Ancaq uçağın yönünü dəyişməsinin əslində Tehranda həyəcan siqnalının işə düşməsi ilə ilgili olduğu ehtimal edilir. Həyəcan siqnalına səbəb kimi bir başqa məsələ İsrail baş vəzirinin dəftərinin keçmiş əməkdaşı, siyasi təhlilçi Edi Kohen tərəfindən irəli sürülüb. Belə ki, o tvitterdəki paylaşımında gizli F-35 döyüş uçaqlarının Tehran üzərində uçduğunu yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button