Cəmiyyətİran

Ərdəbildə işsizlik göstəricisi yüksəkdir

2020-ci ilin qış aylarında Ərdəbil əyalətində işsizlik səviyyəsi 11,5 faizə çatıb. Halbuki eyni dövrdə bütün ölkədə işsizlik faizi 10,5 təşkil edib.

Bu məlumatı Statistika Mərkəzi açıqlayıb.

Bildirilir ki, ötən qış aylarında ölkə üzrə 15 yaş və daha yuxarı əhalinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 673 265 nəfər artaraq 61 915 913 nəfərə çatıb. Bunlardan 30 960 443 milyonu kişi, 30 955 471 nəfəri isə xanımlardır. 47 255 269 nəfər şəhər yerlərində, 14 660 644 nəfər kənd yerlərində yaşayır.

15 yaşdan yuxarı əhalinin iqtisadi fəallıq səviyyəsi 42,5 faiz, yəni 26 223 747 nəfər olub ki, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalıb. 49,5 faiz ən yüksək iqtisadi fəallıq nisbəti ilə Hörmüzqan əyaləti, Mərkəzi əyaləti isə 35,5 faiz təşkil edərək ən aşağı iqtisadi fəallıq səviyyəsi ilə sonuncu olub.

Həmin dövrdə Ərdəbil əyaləti 46 iqtisadi fəallıq dərəcəsi ilə ölkə üzrə 4-cü yerdə olub. Halbuki, 2019-cu ilin qışında Ərdəbil ustanında iqtisadi fəallıq səviyyəsi 47,5 faiz olub.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close