BölgəDünya

Əfqanıstanda iranlı qaçqının vəziyyətinə baxılması istənilir

Əfqanıstanda bir sıra mədəni və vətəndaş fəalları 19 gündür aclıq aksiyası  keçirən iranlı qaçqın Humayun Zareana üçün kömək istəyiblər.

Fəallar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komisarlığını (UNHCR) bu iranlı qaçqının vəziyyətinə baxmağa çağırıb.

Altı ildir Əfqanıstanda qaçqın olan Humayun Zarean Feysbuk səhifəsində son 19 gündür aclıq aksiyası keçirdiyini yazıb.

“Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komisarlığında işimə baxan məsullarla nəticəsiz müzakirələrdən və bu təşkilatın verdiyi vədlərin heç birini yerinə yetirməməsindən sonra mən hələ də düşərgədəyəm. Təhlükəsizliyim, yaşayış yerim və gələcəyim yoxdur. Bu dəfə mən heç bir şəkildə aksiyamı dayandırmayacağam; ya ölərəm, ya da istəyimə ciddi və məsuliyyətlə baxılsın”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close