İran

Amerika Mərkəzi Komandanlıq Qərargahının yeni rəisi İranı təhdid edib

İranın bölgədəki təcavüzkar fəaliyyətinə qarşı çıxmaq və Rusiyanın Suriyadakı fəaliyyətlərinə nəzarət etmək Amerikanın Mərkəzi Komandanlıq Qərargahının (CENTCOM) yeni komandanının ən mühüm prioritetlərindən biridir.

Komandan Mayk Kurila keçən həftə Suriyada Amerika qüvvələrinin olduğu Əl-Tənəf bazasına səfəri zamanı bir sıra məqamlara toxunub.

“İranın bölgədəki dağıdıcı fəaliyyətləri cavabsız qalmamalıdır”, – general Mayk Kurila söyləyib.

Bütün bunlarla yanaşı, Amerika Hərbi Dəniz Qüvvələrinin 5-ci donanması Körfəzdə silah və uyuşdurucu ticarətinə qarşı mübarizə üçün veriləcək istənilən məlumat üçün mükafat təyin edib.

Bu addım İranın proksi qruplaşmalarını silahla təmin etmək səylərini daha da çətinləşdirəcək.

Related Articles

Bir cavab yazın

Back to top button