BölgəDünya

Əfqanıstanın mərkəzində 5 nəfər terror qurbanı oldu

Çərşənbə axşamı Əfqanıstanın paytaxtı Kabildəki hərbi akademiya yaxınlığında terror aktı baş verib.

Bu haqda məlumatı Əfqanıstan Daxili İşlər Nazirliyi yayıb. Nazirliyinh məlumatına görə, terrorçu-kamikadzenin törətdiyi insident nəticəsində üç hərbi qulluqçı və iki mülki şəxs həlak olub:

“Səhər saatlarında Marşal Fahim Hərbi Akademiyası yaxınlığında törədilən terror aktı nəticəsində 5 nəfər həlak olub, 5 nəfəri mülki olmaqla 12 nəfər yaralanıb”.

Hələ ki, terror aktının məsuliyyətini heç bir təşkilat öz üzərinə götürməyib.

Xatırladaq ki, sözügedən hərbi hissə tez-tez terror hücumlarına məruz qalır. Ötən ilin may ayında bu hərbi akademiyaya İŞİD terror təşkilatı hücum etmişdi.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close