Site icon Aznews TV

Əfqanistanlı qaçqınların Azərbaycan əyalətlərinə girişinə qadağa qoyuldu

Bu barədə Xarici Vətəndaşlar və İmmiqrantlarla İş üzrə Baş Direktorluq məlumat yayıb.

Adı çəkilən əyalətlərlə yanaşı əfqan mühacirlərin İranın daha 12 əyalətinə girişi yasaqlanıb.

Onlara bu əyalətlərdə ev kirayə verən və ya işə götürən vətəndaşlara qarşı cəza tədbirləri tətbiq ediləcək.

Bu, Talibanla İran arasında münasibətlərin gərginləşməsindən sonra Əfqanistan vətəndaşlarına qarşı təzyiqlərin və hücumların artmasının davamıda baş verir.

Son bir neçə ay ərzində 400 minə yaxın əfqanistanlı qaçqın İrandan geri qaytarılıb, müxtəlif şəhərlərdə əfqanistanlılara hücumların sayı artıb.

Exit mobile version