Cəmiyyətİran

Əfv Təşkilatı: İran tibb mərkəzləri nümayişçiləri qəbul etməyib

İrandakı bəzi tibb mərkəzləri etirazlarda yaralanan nümayişçiləri həbs olunmaq qorxusu ilə qəbul etməyib.

Bu barədə Beynəlxalq Əfv Təşkilatı məlumat yayıb. Məlumatda İranda həkimlərin polis tərəfindən təhdid edildiyi bildirilib.

Təşkilat görüntülərə və şahidlərin sözlərinə əsasən təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı rezin güllə, gözyaşardıcı qaz, bibər qazı və adətən ovda istifadə olunan ov mərmiləri ilə atəş açdığını açıqlayıb.

Bir qrup etirazçının polis tərəfindən yaralandığını bildirən təşkilat iki etirazçının da saçmeyi güllə ilə ayağından yaralandığını göstərən görüntüləri yayıb.

Polis qüvvələrinin şənbə və bazar günü keçirilən etirazlarda insanları dəyənək, yumruq və təpiklə döyüb və bir sıra şəxsləri qanunsuz həbs etdikləri bildirilib. Eyni zamanda bir sıra xəstəxanalarda çox sayda polis qüvvələrinin yerləşdirilməsi yaralıların həbs edilməsi ilə bağlı nigarançılıq yaradıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close