Cəmiyyətİran

Əhərdə 2 qəzada 11 nəfər yaralandı, 1 nəfər öldü

Əhərdə 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.tv xəbər verir ki, bu barədə Əhər şəhristanının Tibbi Təcili Yardım Mərkəzinin rəisi Murtəza Hüseynzadə məlumat verib.

Məlumata görə, Əhər-Vərziqan yolunda “Runiz” maşını ilə “Nissan” (mini yük) maşınının toqquşması nəticəsində 4 nəfər ağır yaralanıb. Yaralılar təcili yardım maşınları ilə Əhərin Baqirululum xəstəxənasına yerləşdirilib. Yaralılardan biri xəstəxanada həyatını itirib.

2-ci hadisə isə Əhər-Kəleybər yolunda baş verib. Hadisə patrol maşınının aşması ilə meydana gəlib. Təsadüf nəticəsində 8 nəfər yaralanıb. Yaralılar Əhərin Baqirululum xəstəxənasına çatdırılıb.

Qeyd edək ki, Şərqi Azərbaycanın tibb qanunun verdiyi statistikaya görə cari ilin ilk 3 ayında 4330 nəfər yol-qəzaları zamanı yaralanaraq mərkəzə müraciət ediblər. Həmin statistikada 260 nəfərin öldüyü bildirilir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button