İranSiyasət

“İranın nüvə danışıqları qrupunun keçmiş üzvü korrupsiya ittihamı ilə həbs edildi”

İranın Bəzi KİV-i Dövlət Gəmiçilik Təşkilatının keçmiş baş direktoru və Mahmud Əhmədinejad hökumətində nüvə danışıqları qrupunun üzvü Məhəmməd Səidinin “rüşvət aldığına görə” həbs olunduğunu xəbər verir.

Aznews.tv İranın “YJC” saytına istinadən xəbər verir ki, noyabrın 5-də Gəmiçilik Təşkilatının keçmiş rəhbəri bazar ertəsi axşam saatlarında “4 milyon dollar rüşvət aldığına görə” saxlanılıb.

Sayt həmin şəxsin adının M.S. olduğunu və avqust ayında vəzifəsindən istefa etdiyini yazıb.

İran İslam Respublikasının Dövlət Gəmiçilik Təşkilatının keçmiş baş direktoru Məhəmməd Səidi bu ilin avqust ayında istefa verib. O 2015 (1394)-ci ildə bu vəzifəyə təyin olunub.

Səidinin istefasından sonra bəzi KİV-lər onun istefasının səbəbini Cəbəlüttariqdə “İran tankerinin saxlanılması” və bəziləri isə “korrupsiya” adlandırıb.

Məhəmməd Səidi Mahmud Əhmədinejadın hökumətində Atom Enerjisi Təşkilatı rəhbərinin müavini və İranın nüvə danışıqları qrupunun üzvü olub.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button