Site icon Aznews TV

Əkbər Əbülzadə Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb

Əkbər Əbülzadə bu gün, 8 iyun 2022-ci il çərşənbə axşamı Əhər şəhərində həbs edilmişdi.

Cənab Əbülzadə 2022-ci il iyulun 17-də Əhər həbsxanasının rəhbərliyinə məktub təqdim edərək aclıq aksiyasına başladığını xəbər vermişdi ki, İyulun 20-də ədliyyə və həbsxana məsullarının onun tələbinə cavab verməməsindən sonra cənab Əbülzadə məmurlar tərəfindən Təbrizin mərkəzi həbsxanasına köçürülmüşdü.

Xatırlatmalıyıq ki, Əkbər Abülzadə, mədəni fəaliyyətinə görə dəfələrlə həbs olunub.

Tehranda yaşayan inşaat mühəndisi Əkbər Abülzadə 2015-ci il noyabrın 9-da Azərbaycanın şəhərlərində İran İslam Respublikası TV-sində yayımlanan təhqiredici proqrama (Fitilə) etirazlarla eyni vaxtda Əhərdə həbs edilmişdi.

Noyabr 2015, İran dövlət televiziyasında uşaqlar üçün yayımlanan “Hotel Fitilə” adlı bir televiziya verilişinin yayımlanmasının ardından, İranın onlarla şəhərində “Türklərə qarşı irqçi və təhqiredici” və “Türk uşaqlara qarşı aşağlayıcı ifadələrə” görə geniş etiraz nümayişləri keçirdi. Azərbaycan mədəni fəalları tərəfindən “anti-irqçi etirazlar” olaraq bilinən hadisədə yüzlərlə Azərbaycanlı saxlanıldı və onlarla adam həbs cəzasına məhkum edildi.

Exit mobile version