
Bununla yanaşı həbsdən buraxıldıqdan sonra daha iki il müddətinə siyasi, ictimai qurumlarda üzvlüyünə, sosial mediada fəaliyyətinə və ölkədən çıxışına qadağa qoyulub.
O, “pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək”də ittiham edilib.
Əli Rəzizadə Nadarlıya qarşı irəli sürülən ittihamnamədə bildirilib ki, fəal instaqramda etnik və pantürkist düşüncələri təbliğ edib və videolar yayaraq qanunsuz təşkilatını, separatçı düşüncələri,Lətif Həsəni, və … dəstəkləyib.