İran

Ən az 3 etiraz mitinqi keçirilib

Dünən Tehranda “Samen” qızıl kollektoru şirkətinin bir qrup zərərçəkmiş işçisi, “Kaspian” və “Samen əl-Hocəc” maliyyə-kredit təşkilatlarının bir qrup zərərçəkmiş əməkdaşları Tehranda pul və bank cinayətlərinin istintaqı üzrə məhkəmənin binasının qarşısında, “Ramak Xodro” şirkətindən avtomobil alan bir qrup zərərçəkmiş şəxs etiraz mitinqi keçirərək, tələblərinin yerinə yetirilməsini istəyiblər.
Aznews.tv-nin məlumatına görə, 11 iyun, çərşənbə axşamı “Samen” qızıl kollektoru şirkətinin bir qrup zərərçəkmiş işçisi Tehranda tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq mitinq keçiriblər.
Dünən həmçinin “Ramak Xodro” şirkətindən avtomobil alan bir qrup alıcı avtomobil qiymətlərinin bahalaşmasına, maşınların təhvil verilməməsinə və tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq, Tehranda İstehlakçıların və İstehsalçıların hüquqlarının müdafiəsi Təşkilatının binasının qarşısında etiraz mitinqi keçiriblər.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button