BölgəDünya

Ərəblər İranla gizli danışıqlara başladı

2019-cu il sentyabrın sonunda Əbu-Dabidə regional stabillik üçün BƏƏ və İran nümayəndələri məxfi danışıqlar aparıb.

Bu məlumatı “Nyu York Tayms” yayıb. Məlumata görə, bu hadisə ABŞ və İran arasında gərginliyin pik həddə çatması fonunda baş verib.

Tərəflər arasında məxfi danışıqların Ədu-Dabinin regionda gərginliyin azaldılmasında unikal rol oynayacağını güman etdikdən sonra başladığı bildirilib. İranla birbaşa danışıqların BƏƏ-nin geniş regional strategiyasının bir hissəsi olduğu vurğulanıb.

“Nyu York Tayms” həmçinin Boltonun istefaya göndərilməsindən sonra BƏƏ hakimiyyətinin Tramp administrasiyasına daha az güvəndiyini qeyd edib.

Tərəflər arasında görüşün Vaşinqtonun məlumatı olmadan baş tutduğu bidrilib. Görüş Ağ Evdə narahatlıq yaradıb.

BƏƏ ilə bərabər, Səudiyyə Ərəbistanı da İranla gizli danışıqlara cəhd edib. Belə ki, Ər-Riyadın bu işdə İraq və Pakistandan olan vasitəçilərdən istifadə etdiyi vurğulanıb:

“İran diplomatlarının və SEPAH üzvlərinin məlumatına əsasən, general Süleymani hər iki monarxiya ilə danışıqların aparılmasında mühüm rol oynayıb. Tramp administrasiyasının formalaşdırmağa cəhd etdiyi antiiran alyansı silkələnməyə başlayıb”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close