Cəmiyyətİran

Ərdəbil Apellyasiya Məhkəməsi Abbas Lisanini 15 il həbs cəzasına məhkum edib

Ərdəbil vilayətinin Apellyasiya Məhkəməsi bugün, oktyabrın 1-də azərbaycanlı fəal Abbas Lisaninin həbs cəzasını daha 5 il artırıb. Halbuki, o ilkin instansiya məhkəməsində 8 il həbs, iki il sürgün cəzasına məhkum edilmiş və bir sıra ittihamlardan bəraət almışdı. Hal-hazırda o Ərdəbil həbsxanasında saxlanılır.

Aznews.tv “İran İnternational” saytına istinadən xəbər verir ki, bugün, oktyabrın 1-də Ərdəbil vilayətinin Apellyasiya Məhkəməsi azərbaycanlı fəal Abbas Lisaninin həbs cəzasını 15 ilədək artırıb.

Bu gün Lisani və müdafiəçisinə bildirilən məhkəmə qərarına əsasən, əvvəlki iki il həbs cəzası qüvvədə saxlanılıb, ilkin instansiya məhkəməsi tərəfindən bəraət aldığı 5 il həbs cəzası da yeni ittihamlara əlavə edilib.

Məhkəmə iclası Ərdəbil vilayətinin Apellyasiya Məhkəməsində hakim Nasir Utəbatinin sədrliyi və müşavirlər Bilal Muzəffəri və Mərhəmət Şahbazzadənin iştirakı ilə 16 sentyabr 2019-cu ildə keçirilib. Halbuki, Nasir Utəbati daha əvvəl Ərdəbil prokuroru qismində Abbas Lisaniyə qarşı iddianamə irəli sürmüşdü.

27 iyun 2019- cu il tarixdə Abbas Lisaniyə qarşı irəli sürülən ittihamlara baxılması üçün məhkəməsinin son iclası Ərdəbil şəhər İnqilab Məhkəməsinin 1 saylı şöbəsində keçirilib və iyulun 8-də barəsində 8 il müddətinə azadlıqdan məhrum etmə və iki il müddətinə Yəzd şəhərinə sürgün cəzası ona bildirilib.

Ərdəbil İnqilab Məhkəməsinin 1 saylı şöbəsi tərəfindən verilən qərara görə, Abbas Lisani “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qruplaşma yaratmaq” ittihamı ilə 8 il həbs cəzasına və 2 il Yəzd şəhərinə sürgünə məhkum edilib. Qeyd edək ki, sübuta yetirilməyən bu ittiham daha əvvəl ona izah edilməyib.

Məhkəmə qərarına görə, Abbas Lisani daha əvvəl ittiham aktında irəli sürülən ittihamlardan bəraət alıb.
Xatırladaq ki, Abbas Lesini 15.01.2019-cu il tarixdə Təbriz İnqilab Məhkəməsinin 2 saylı şöbəsində barəsində məhkəmə işinin aparılması və mühakimə qaydasına etiraz etdikdən və işə yenidən baxılmasını tələb etdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Ərdəbil həbsxanasına aparılıb.

Qeyd edək ki, ideoloji səbəblərə görə dəfələrlə həbs və məhkum edilən Abbas Lisani sonuncu dəfə iyulun 2-də hər il təşkil olunan “Babək qalası”na yürüşdən bir neçə gün əvvəl daha üç Ərdəbil şəhər sakinləri ilə birlikdə Ərdəbil xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və iyulun 11-də 50 milyon tümən dəyərində girov müqabilində sərbəst buraxılıb. Lisani insanları mərasimə dəvət edən bir video yaymışdı.

 

Aznews.tv

 

Related Articles

Bir cavab yazın

Back to top button