Azərbaycanİran

Təbrizdə milli hökumətin ildönümü ilə bağlı divarlara şüarlar yazılıb

Milli-mədəni fəallar 21 Azər (12 Dekabr) 1945-ci ildə Cənubi Azərbaycan Milli Hökumətinin qurlmasının ildönümü ilə bağlı Təbriz divarlarına milli şüarlar yazıblar.

“21 Azər”, “Milli Hökumət”, “Pişəvəri” və “Azadlıq, Ədalət, Milli hökumət” məzmunlu şüarlar şəhər məhəllələrinin divarlarına yazılıb.

Qeyd edək ki, 1945-ci il 12 dekabr (21 azər) tarixində Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub.

Bir il sonra mərkəzi hökumətin və Pəhləvi hakimiyyətinin xarici müttəfiqlərinin qüvvələrinin hücumu nəticəsində milli hökumət devrilib, minlərlə azərbaycanlı öldürülüb və həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button