BölgəDünyaİranMədəniyyət və incəsənət

Ərdəbil sakini, şair və yazıçı Rəhim Qulami həbs edilib

Ərdəbil sakini, şair və yazıçı Rəhim Qulami ötən gün ona bilrililən Ərdəbil şəhər məhəkəməsinin hökmü ilə bir il həbs cəzasına məhkum edilib. Qulaminin ittihamlarına baxılması üçün məhkəmə iclası 3 iyun tarixdə Ərdəbil Ümumi və İnqilab Məhkəməsinin 1 saylı şöbəsində keçirilib.
Aznews.tv-nin xəbərinə görə, bazar günü, 16 iyun 2019-cu il tarixdə Ərdəbil sakini, şair və yazıçı Rəhim Qulamiyə bir il müddətinə azadlıqdan məhrumetmə cəzası haqqında Məhkəmənin qərarı bildirilib.
Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsinin verdiyi hökmə əsasən, Rəhim Qulami “rəhbəri təhqir etmək” ittihamı ilə bir il müddətinə azadlıqdan məhrum edilib, digər ittihamlarla bağlı isə bəraət qazanıb.
Ərədəbil sakininin ittihamlarına baxılması üçün məhkəmə iclası 3 iyun 2019-cu il tarixdə Ərdəbil Ümumi və İnqilab Məhkəməsinin 1 saylı şöbəsində hakim Xudadinin sədrliyi ilə keçirilib.
Daha əvvəl məlumatlı mənbə Məhkəmə iclası barədə “Kampain.info” saytına bildirib: “Bu gün səhər Ərdəbil Ümumi və İnqilab Məhkəməsinin birinci şöbəsində müttəhim Qulamiyə qarşı “GAMAC təşkilatına üzv olmaq”, “rəhbəri təhqir etmək” və “virtual məkanda qeyri-obyektiv materialların yayılması yolu ilə rejimə qarşı təbliğat” ittihamlarına iclasa sədrlik edən hakim Xudadi tərəfindən baxılıb”.
Qeyd edək ki, Məhkəmədə özünü müdafiə edən Rəhim Qulami “GAMAC təşkilatına üzv olmaq” ittihamını saxta adlandıraraq, bunu “Ərdəbil Təhlükəsizlik İdarəsinin ona qarşı həyata keçirdiyi ssenarinin” bir hissəsi olduğunu bildirib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button