BölgəCəmiyyətDünyaİran

Ərdəbil vilayətində 251 azyaşlının əməyi istismar edilir

Ərdəbil vilayətində 251 uşağın əməyinin istismar edildiyi və küçələrdə yaşadığı müəyyən edilib.
Aznews.tv xəbər verir ki, bu barədə Ərdəbil əyalətinin Welfaresinin (Behzistisinin) baş direktoru Behzad Sətasi məlumat verib.
“Onlardan 166-ı xüsusi qayğıya, o cümlədən, səhiyyə xidmətləri, valideyn himayəsi və təhsilə ehtiyacı olanlardır. Həmin uşaqlar lazımi xidmətləri almaq üçün Uşaq İşi və Uşaqlar Təşkilatının təsdiqi ilə müvafiq orqanlara göndərilib. Bu uşaqların ailələri, əsasən, şəhər ətrafında yoxsulluq içində yaşayırlar. Belə uşaqların valideynləri mədəni yoxsulluq səbəbindən, yaxud narkotik maddələrdən asılılığa görə övladlarına himayəçilik edə bilmir, küçələrə atırlar. Ötən il sakinlər və qeyri-hökumət təşkilatı tərəfindən belə insanlara dəstək məqsədi ilə 3 milyard 600 milyon rial (360 milyon tümən) xərclənib”, – deyə, Sətasi qeyd edib.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button