İranSağlıq & Yaşam

Ərdəbildə bir ilə 300-350 nəfər mədə xərçənginə tutulur

Ərdəbil ustanında il ərzində 300-350 nəfər mədə xərçənginə tutulurlar.

Bu sözləri Ərdəbil ustanının Mədə-Bağırsaq xəstəlikləri Araşdırma və Nəzarət Mərkəzinin rəisi doktor Fərhad Purfərzi deyib.

“İndiyədək 35-70 yaş arasında olan 18 min 200 nəfər mədə ağrıları şikayəti ilə mərkəzə müraciət ediblər. Ərdəbil ustanında mədə ağrısı səbəbi ilə mərkəzə gələnlərə birinci dəfə ziddi iltihab üçün asprin yazılır, qan analizi alaraq ilin sonuna qədər patoloji dəyişikləri müəyyənləşir. Ərdəbil ustanında əhalinin yüzdə yetmişinin mədəsində bakteriya var ki, bu da mədə xərçənginə tutulmaqda böyük rol oynayır. Həm də ustanda mədə xərçənginə tutulmaqda genetik amillərin rolu yüksək səviyyədədir”, – Purfərzi bildirib.

Ərdəbildə Mədə-Bağırsaq xəstəlikləri Araşdırma və Nəzarət Mərkəzinin mütəxəssislərindən olan Həzrəti də mövzuya münasibət bildirib:

“Bu mərkəzdə mərizlərin dırnaq, qan və idrarlarından nümunə götürüb, “Bio Bank” olaraq arşiv edirik. Helio bakteriya işləri ölkədə təkcə bu mərkəzdə var və 16 portluq “UVK” aparatı ilə xidmət göstərilir. Ümid edilir ki, önümüzdəki 10 il ərzində Ərdəbil ustanında mədə və bağarsıq saratanı yüzdə 40 azalar”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close