Cəmiyyətİran

Ərdəbildə temperatur 4 dərəcə enir

Ərdəbildə temperatur 4 dərəcəyədək enir. Dağətəyi yollarda sürüşmə və buzlaşma var.

Aznews.tv xəbər verir ki, bu sözləri Ərdəbil ustanının Meteorologiya Müdirliyi Siyavuş Məhəmmədi deyib. Havaşunaslıq Təşkilatının məlumatına görə, qeyri-sabit atmosfer sistemi bazar ertəsindən etibarən Ərdəbildə temperatur 7-10 dərəcə arası dəyişəcək.

Ərdəbil ustanının Havaşünaslıq Təşkilatına görə, bazar ertəsi günü ustana gəlməsi gözlənilən yağış sistemləri, yağış və qarla müşaiyət ediləcək və havanın daha soyuq olacağı gözlənilir.

«Bu durum Ərdəbil ustanının bütün bölgələrini, xüsusən, mərkəzi və cənub bölgələrini əhatə edəcək və çərşənbə axşamına kimi davam edəcək. Yollar, nəqliyyat vasitələri lazımi qış avadanlıqları ilə təchiz ediləcək. Su təzhizatı qurulacaq və su çənlərinin belə havada donmasının, şəhər və magistral yollarda lazımsız nəqliyyatın qarşısı alınacaq. Ustanda çərşənbə günü də bu hava şəraiti hökm sürəcək. Başqa bir qeyri-sabit hava şəraiti cümə axşamı yenidən əyalətə daxil olacaq» – Məhəmmədi bildirib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close