DünyaİranMədəniyyət və incəsənət

Ərdəbilli uşaqlar Özbəkistanda 9 fəxri diplom aldılar

Ərdəbil Uşaq və Gənclər İncəsənət Mərkəzlərinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 7-ci Beynəlxalq Rəsm Yarışmasında  9 fəxri diplom qazanıblar.

Yarışma «Uşaqlıq dünyası», «Ana vətən», «Yaşadığımız dünya» və «Mənim xəyalım» mövzularında keçirilib.

Ərdəbil Uşaq və Gənclərin İnkişaf Mərkəzinin rəhbəri Zəfər Əhədzadə mövzu ilə bağlı açıqlama verib:

«9 yaşlı Yəsna Furutən, 10 yaşlı Fatimə Rəhimi, 7 yaşlı Əmir Əli Şəms, 10 yaşlı Hedyə Cəfərpur, 13 yaşlı Şəbnəm Şahamət, 13 yaşlı Kosər Yəzdanpərəst, 10 yaşlı Haniyə Dərivas, 10 yaşlı Mətanət Bəhluli və 8 yaşlı Parmis Abedi fəxri diplom aldılar. Bundan əvvəl Ərdəbil Uşaq və Gənclərin İnkişaf Mərkəzinin üzvləri Nahid Cəddə, Leyla Nəzmi və Fatimə Mustafazadə ölkədə və beynəlxalq miqyasda əhəmiyyətli mükafatlar qazanıblar».

Qeyd edək ki, 7-ci Beynəlxalq Rəsm Yarışmasında iranlılar 3 mükafat və 47 fəxri diplom qazandılar ki, bunlarda 9-u Ərdəbil ustanının payına düşüb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close