Site icon Aznews TV

Ərdoğan: “Azərbaycan işğala son qoyub”

Ərdoğan: “Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub”

“Qafqazda sabitlik baxımından yaxın keçmişdə önəmli addımlar atılıb”. Bunu Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan Birləşmiş  Millətlər Təşkılatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan müdafiə hüququndan istifadə edərək işğala son qoyub.

“Azərbaycan qanuni müdafiə hüququndan istifadə edərək, Birləşmiş  Millətlər Təşkılatınin Təhlükəsizlik Şurasının illərdir əməl olunmayan qərarlarını həyata keçirməklə öz torpaqlarındakı işğala son qoyub. Qafqazda davamlı sülhün adına yeni fürsətlər üçün pəncərələr açılıb. Tərəflərin atacağı bütün müsbət addımları dəstəkləməkdə qərarlıyıq”.

Exit mobile version