BölgəİranSiyasət

Ərdoğan “İraqda etirazların İrana yayılması ehtimalı” ilə bağlı xəbərdarlıq etdi

Aznews.tv Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İraqda kütləvi etirazlara toxunaraq, “İslam dünyasında parçalanma yaratmaq” istəyənlərlə bağlı xəbərdarlıq edərək, İraqda etirazların İrana da yayıla biləcəyini düşündüyünü bildirib.

Macarıstana səfəri çərçivəsində jurnalistlərə açıqlama verən Ərdoğan, Türkiyənin Suriyanın şimalına hücumu ilə bağlı İranın mövqeyini də tənqid edib.

O, İranın əməliyyatla bağlı mövqeyinin Türkiyəni “incitdiyini” qeyd edib.

Qeyd edək ki, son iki ayda İraqın müxtəlif şəhərlərində iqtisadi və antikorrupsiya tələbləri ilə bağlı geniş etiraz dalğası yaşanıb və aksiyalar zamanı etirazçılar bir sıra hallarda İran əleyhinə şüarlar səsləndiriblər.

Kərbəla şəhərində təhlükəsizlik qüvvələrinin İran Konsulluğunun qarşısında etirazçılarla toqquşması nəticəsində bir neçə etirazçı həlak olub.

 

Aznews.tv

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close