Dünya

Ərdoğan Pakistana rəsmi səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistana rəsmi səfər edəcək.

Bu haqda məlumatı Türkiyə Prezident Adminstrasiyası yayıb.

Prezidentin edəcək Fevralın 13-də İslamabada iki günlük səfərinin səbəbi Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında iştirak etməkdir.

Məlumata görə, sözügedən Şura iclasına Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri İmran Xan sədrlik edəcək.

Strateji Əməkdaşlıq Şurasında ikitərəfli münasibətlərin bütün aspektlərini müzakirə etmək və tərəflər arasında mövcud olan əməkdaşlığı daha da dərinləşdirmək üçün addımları nəzərdən keçirmək planlaşdırılır.

Pakistana səfəri çərçivəsində ikitərəfli münasibətlərin hüquqi bazasına mühüm töhfə verəcək bir sıra sazişlərin imzalanması nəzərdə tutulur.

İslamabadda həmçinin Türk-Pakistan iş forumu da keçiriləcək.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close