İqtisadiyyatİran

Qərbi Azərbaycanda elektrik kəsintisi olacaq

Bu gün ölkənin başqa yerlərində olduğu kimi Urmu şəhərində və əyalətin bəzi bölgələrində 2 saatlıq elektrik kəsintisi olacaq. Bunu bəhmən ayının 7-də Qərbi Azərbaycanın Elektrik Enerjisini Paylama Şirkətinin amil müdiri deyib. Əkbər Həsənbəyli kəsintiyə səbəb kimi ev və ticarət mərkəzlərində qaz məsrəfinin kəskin artmasını, habelə niruqahlarda yanacağın təmin edilməsi ilə bağlı çatışmazlığın yaranmasını bildirib. “Vətandaşlar qaz və elektrik məsrəfini ən az yüzdə 10 azalda bilər.

Beləliklə, ölkədə elektrikin təmini ilə bağlı bizə yardımcı ola bilərlər”,-deyə Həsənbəyli açıqlama verib. Vurğulayaq ki, Qərbi Azərbaycanda illik 1250 meqavat elektrik tolid olunur. Ancaq bu miqdarın sadəcə 1000 meqavatı məsrəf üçün ayrılır.

Related Articles

Bir cavab yazın

Back to top button