Azərbaycan

AMEA-da Qərbi Azərbaycanda yer adları ilə bağlı komissiya yaradılıb

AMEA-nın Rəyasət Heyətində Nazirlər Kabinetinin 19 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na dəyişiklik edilməsi haqqında” Qərarının icrasını təmin etmək məqsədilə komissiya yaradılıb.

Akademiyadan verilən xəbər görə, bu məqsədlə keçirilən iclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, eləcə də Akademiyada Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparan alimlər və aidiyyəti şəxslər iştirak ediblər.

AMEA rəhbəri artıq bundan sonra Qeydiyyat şöbəsində və konsulluq idarəsində, vətəndaşlıq aktlarının, icra hakimiyyəti nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölüm hallarının dövlət qeydiyyatı aparılarkən Ermənistan Respublikasındakı yer adlarının Azərbaycan tarixi toponimlərinə uyğun olaraq yazılmasının təmin edilməsi üçün AMEA tərəfindən rəy və tövsiyələrin veriləcəyini bildirib.

Qeyd edib ki, yer adları ermənilər tərəfindən tarixi toponimlərimiz dəyişdirilməzdən öncə hansı adda olubsa, həmin formada da dəqiqləşdirilərək rəy veriləcək.

Daha sonra AMEA-da sözügedən qərarın icrasının təmin edilməsi və operativ rəy və tövsiyələrin verilməsi məqsədilə akademik Gövhər Baxşəliyevanın sədrliyi, professor Nadir Məmmədlinin müavinliyi ilə komissiya yaradılıb. (apa)

Related Articles

Bir cavab yazın

Back to top button