İran

“Beynəlxalq Əfv Təşkilatı”nın üzvləri İranda insan haqlarının pozulmasına qarşı dünya birliyini tədbirlər görməyə çağırdılar

Yazıda Kalamar və Bonyadi, Tehranın Evin zindanındakı bəzi nəzarət durbinlərinin hakerlər tərəfindən qırılması və zindanda işgəncələrin yayılmasının ifşa edilməsi kimi hallara toxunaraq bildiriblər:

“Amnesty International” vurğulayır ki, İranda dadsitanlar, zindan rəisləri, əmniyət və ittilaat orqanlarının məmurları geniş, sistemli və tam toxunulmaz şəraitdə dəmir barmaqlıqlar arxasında kişilərə, xanımlara və uşaqlara qarşı işgəncələrə və başqa insanlıqdan uzaq davranışlara əl atırlar.

“Beynəlxalq Əfv Təşkilatı”nın başqanı Aqnes Kalamar və təşkilatın Böyük Britaniyadakı səfiri Nazənin Bonyadi “Washington Post” qəzetində dərc etdikləri birgə yazıda Birləşmiş Millətlər Təşkilatına üzv dövlətləri İranda sistematik işgəncələrə qarşı tədbir görməyə və günahkarların cəzasız qalmasının qarşısını almağa çağırıblar.

Yazıda Kalamar və Bonyadi, Tehranın Evin zindanındakı bəzi nəzarət durbinlərinin hakerlər tərəfindən qırılması və zindanda işgəncələrin yayılmasının ifşa edilməsi kimi hallara toxunaraq bildiriblər:

Amnesty İnternational və başqa insan haqları qrupları dəfələrlə sübut ediblər ki, işgəncə və başqa qəddar və insanlıqdan uzaq davranışlar İranın cəza mühakiməsi sisteminin bir parçasıdır və ondan istisna deyil. Dünya Birliyi dövlət zorakılığının qarşısını almaq üçün indidən hərəkətə keçməlidir.

Related Articles

Bir cavab yazın

Back to top button