Araşdırma & Təhlilİran

İran müxali̇fəti̇ mövcud reji̇mi̇n bi̇r parçası ki̇mi̇

İranın siyasi sistemində heç bir şəkildə müxalifətə icazə verilmir. Bu durum uzun illərdir davam etdirilir. Buna görə də ölkədə siyasi rəqabət aparmaq anlamsızdır. Ölkədəki seçkilər fərqli düşüncəyə sahib şəxslərin rəqabəti deyil, bir növ hakimiyyətin dünyaya təqdim etdiyi şoudur. İran İslam Cümhuriyyəti dünya ölkələri qarşısında özünü demokratik göstərmək üçün seçkiləri son dərəcə önəmsəyir. Xarici ölkələri seçkilər zamanı rəqabət aparılması məsələsinə inandırmağa çalışır. Elə buna görə də Əli Xamenei insanları seçkidə iştiraka çağırır. Bununla da iştirak sayını çox göstərməyə cəhd edirlər. Özəlliklə Batı Azərbaycanda yaradılan etnik rəqabət diqqət cəlb edir.

Ancaq heç bir zaman vaz keçmədikləri yöntəmlərdən biri də İslahatçı ilə Usulgəra rəqabətidir. İslam Cümhuriyyəti hakimiyyətə gələndən bəri mühafizəkarlar və ya usulgəralar özlərini inqilaba bağlı kimi qələmə verirlər. İslahatçılar da azadlıq və demokrasi tərəfdarı kimi millətin rəyini qazanmağa çalışırlar. Ruhullah Xumeyninin “Nizamı qorumaq hər vacibdən daha çox vacibdir” sözləri sanki ölkədə seçkiqabağı vəziyyətə aydınlıq gətirir. Belə ki, ölkə rəhbərliyinin birinci öncəliyi rejimi qorumaqdır. Rejimi bir zamanlar Əhmədinəjad rejimi radikal biri qoruyub saxlayırdı. Daha sonra Məhəmməd Xatəmi ilə Ruhani sözdə mülayim münasibət göstərməklə mövcud rejimi davam etdirməyə çalışdılar. Ancaq hər dəfəsində İranda siyasi və şəxsi azadlıqlar qonusunda tək bir addım belə atılmadı. Bunu İranda hamıdan yaxşı Güney Azərbaycan bilir. Prezident seçkilərinə yaxınlaşdıqca siyasət meydanında hərəkətlilik artır. Ötən həftə keçmiş prezident Rəfsəncaninin qızı Faizə Haşimi “Clubhous”a gündəmlə bağlı danışıb. Saatlarla sürən danışıq on minlərlə insan tərəfindən dinlənilib. Belə ki, Faizə Haşimi hökümətə qarşı ağır tənqidlər irəli sürüb. Bir çox insan onun sözlərini cəsurluq kimi dəyərləndirib. Ancaq Faize Haşiminin atasının dönəmi ilə bağlı susması, hətta savunması, atası tərəfindən etiraf edilən ailə rantını danması çoxlu tənqidlərə yol açdı. Ancaq Faizə Haşiminin başqa iranlı siyasətçilər kimi yox saydığı və boykot etdiyi əsas qonu İranın fars olmayan millətlərə münasibəti idi. Aydın məsələdir ki, ölkədə yer alan müxaliflər belə kültürəl fars iqtidarından qopa bilmirlər. Ölkə cəmiyyətinin yüzdə 70-ni yox sayan siyasətçilər hazırkı siyasi sistemin qeyri-farslara qarşı münasibətini davam etdirirlər. Hətta bir çox zaman siyasi iqtidarı fars olmayanlarla qarşı yetərincə şiddətli davranmadığı üçün tənqid edirlər. Bu düşüncəni müasir tarixin ən populist siyasətçilərindən olan Əhmədinejadda da rahatlıqla görmək olar. Prezident olduğu 8 illik müddətdə keçirilən etirazlar zamanı minlərlə insan tutuqlanıb. Örnək kimi “Traxtur” timi və Urmu gölü ilə bağlı keçirilən etirazları göstərə bilərik. Etirazçılar məhkəmələrdə günahsız yerə məhkum olunublar. Onlarla insan xiyavanlarda fiziki zorakılığa məruz qalaraq öldürülüb. Ancaq bu gün özünü müxalif kimi təqdim edən Əhmədinejad həmin olaylarla bağlı heç bir etiraf etmir. Gündəmə gəlmək üçün populist sözlərdən çəkinməyən Əhmədinejad, bu günlərdə radikal tənqidlər edərək opozosyon kimi görünməyə çalışır. O, Güney Azərbaycanda olan cinayətlərlə bağlı tək bir söz belə demir.

Ancaq olanların heç biri Güney Azərbaycan millətinin diqqətindən yayınmır. Heç şübhəsiz, İran həssas bir zamandan keçir. Seçkilər daha çox bir teatr səhnəsini xatırlatsa da, yenə də önəmli hadisədir. Özlərini müxalifət kimi qələmə verən siyasətçilər ölkədəki mövcud vəziyyəti görmək istəmirlər.

Related Articles

Bir cavab yazın

Back to top button