Azərbaycan

Xoyda çox sayda insan həbs olunub

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinin Polis İdarəsinin rəisi Cəlil Musəvi bu şəhərdə çox sayda futbol azarkeşinin həbs olunduğunu deyib.

O, Xoy şəhərində keçirilən futzal üzrə Ramazan kuboku oyunlarında bəzi qrupların “millətçi şüarlar” səsləndirdiyini və stadiona zərər vurduğunu söyləyib.

Polis rəisi saxlanılanların sayı və kimliyi barədə məlumat verməyib.

O, sosial mediada insanları təhrik edən və qarşıdurmaya səsləyən istifadəçilərin də həbs olunduğunu bildirib.

Qeyd edək ki, mayın 3-də Xoy şəhərinin stadionunda keçirilən futzal yarışında başqa bölgələrdən Xoya gətirilən kürdlər iğtişaş yaradaraq türk tamaşaçılarla qarşıdurma yaradıblar.

“Şeyx Nəvayi” komandasının kürd klubu olan “Milan”a bir qol vurmasından sonra kürd azarkeşlər meydana girərək oyunun yarımçıq dayandırılmasına səbəb olublar.

 

Related Articles

Bir cavab yazın

Back to top button