Azərbaycanİran

Urmuda ana dili fəalı Əlirza Fərşi ilə görüş keçirilib

Qərbi Azərbaycan əyalətindən olan bir qrup mədəni fəal fevralın 22-də Urmu şəhərində Tehranın Evin həbsxanasından çıxan Əlirza Fərşi ilə görüşüblər.

Görüşdə mədəni fəallar ana dili məsələsini, Qərbi Azərbaycan əyalətindəki durumu və Xoy zəlzələsindən zərər çəkənlərə yardım yolları barədə danışıblar.

Əlirza Fərşi isə ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

O, fevralın 8-də Tehranın Evin həbsxanasından buraxılsa da, barəsində çıxarılan iki il sürgün cəzası qüvvədə saxlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button