AzərbaycanDünya

Nyu-Yorkda “Xocalıya ədalət” mitinqi keçiriləcək

ABŞ-ın Nyu-York ştatında Ermənistanın BMT-dəki daimi nümayəndəliyi qarşısında “Xocalıya ədalət” kampaniyası çərçivəsində səssiz mitinq keçiriləcək.

ABŞ-ın Nyu-York ştatında Ermənistanın BMT-dəki daimi nümayəndəliyi qarşısında “Xocalıya ədalət” kampaniyası çərçivəsində səssiz mitinq keçiriləcək.

“Aznews tv”nin yerli bürosu xəbər verir ki, icazəli mitinq Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq.

Təşkilatın sədri Ərcan Yerdələnli “Report”a deyib ki, mitinqin keçirilməsində məqsəd ABŞ ictimayyətinin diqqətini Xocalıda, 30 il öncə törədilən qanlı cinayətə çəkmək, Xocalı soyqırımının tanıdılması və bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsidir.

Ə.Yerdələnli bildirib ki, mitinqdə həmvətənlərimizin təhlükəsizliyi Nyu-York Polis Departamenti tərəfindən təmin olunacaq.

Related Articles

Bir cavab yazın

Back to top button