İran

İrandan Azərbaycana qarşı növbəti hiylə

 

Iran rejiminin çirkin təbliğatı ilə məşğul olan Sepah Cybery (https://t.me/SEPAHCYBERY/69270) Telegram kanalı Azərbaycana qarşı düşmənçilik mövqeyini sərgiləməyə davam edir. Onlar növbəti dəfə cümhuriyyətimizin ərazi bütövlüyün pozulmasına yönəlmiş video paylaşıblar.

Həmin görüntülərdə molla rejiminin agenti ölkəmizi faşist adlandıraraq özünü talış kimi təqdim edir. Daha sonra o, Azərbacanın İranla həmsərhəd güney ərazilərinə “Talışıstan” deyir və bu mövcud olmayan ərazi vahidinin İrana birləşməsi üçün yardım istəyir:

“Biz öz vətənimiz İrana qayıtmaq istəyirik. Vətənimizi azad edin. İran dövlətinə müraciət edirəm”.

Qeyd edək ki, özünü məqsədyönlü şəkildə Azərbaycanın düşməni kimi aparan və bu yolda ölkələrimiz arasında mövcud bütün mənəvi körpüləri yandıran molla rejimi artıq uzun müddətdir ki, Azərbaycana qarşı misli görünməmiş təbliğat kampaniyasını davam etdirir.

Related Articles

Bir cavab yazın

Back to top button