İran

Həsən Ruhani: “Amerika qanun qarşısında təslim olmalıdır”

İran Prezidenti Həsən Ruhani bildirib ki, Tehran hakimiyyətinin həyata keçirdiyi layihələr Amerikaya təpki göstərmək məqsədini daşımır. Dövlət başçısının sözlərinə görə, son olaylarla ilgili olaraq Amerika qanun qarşısında təslim olmalıdır.
“Amerika qanun, o cümlədər Birləşmiş Millətlər Təşkilatının Əmniyyət Şurasına təslim olmalıdır. Unutmayın ki, qanun qarşısında təslim olmaq eyb deyil. Biz Vaşinqtona təpkimizə qarşı qanunsuz davranmasını istəmirik. Bizim istəyimiz qanunun icra olunmasıdır”, – deyə Həsən Ruhani vurğulayıb.
Ölkə başçısı “BƏRCAM”dan sonra Əmniyyət Şurasının çıxardığı 2231 saylı qətnaməyə diqqət çəkib. O, Amerikanın keçmiş Prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi təhrimləri dilə gətirərək bunun yanlış addım olduğunu söyləyib. Ruhani tezliklə bu yanlışların aradan qaldırılacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, Həsən Ruhani Tehranın isfəndin 5-dən İlhaqi Protokoldan çıxacağını açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button