Azərbaycanİran

Iran rejimi həbs etdiyi azərbaycanlı mili fəal Cavad Fəthlunu zaminə buraxıb

Güney Azərbaycanın Xoy şəhərindən olan azərbaycanlı gənc fəal Cavad Fəthlu 500 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıb.

Azərbaycanlı milli fəalların verdiyi məlumata görə, xoylu fəala qarşı irəli sürülən ittihamlar barədə açıqlama verilməyib.

Qeyd edək ki, Güney Azərbaycanın Xoy şəhərində bir neçə gün davamlı etiraz aksiyası keçirilib və çox sayda azərbaycanlı fəal yaxalanmışdı. Cavad Fəthlunun noyabrın 17-də etiraz aksiyasında iştirak etdiyi üçün həbs edildiyi bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button