Azərbaycanİran

Kərəc zindanında daha bir məhkum intihar edib

Kərəc "Qızıl hisar" zindanında təkadamlıq kamerada saxlanılan məhbus özünü öldürüb

Bu barədə İran İnsan Haqları Təşkilatı xəbər yayıb.

Məlumata görə, iyulun 8-də intihar edən şəxs edama məhkum edilmiş Məsud Xeyrabadi çox sayda dərman preparatı içərək intihar edib.

Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

“İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Urmu şəhər zindanının “payına düşür”.

Related Articles

Bir cavab yazın

Back to top button