Dünyaİran

İran rəsmilərinin övladlarının Kanadaya mühacirəti davam edir

Kanada hökumətinin İran rəsmiləri və onların yaxınlarına sanksiyalar tətbiq etməsinə baxmayaraq, Tehran hökumətinə bağlı şəxslərin və ailə üzvlərinin Kanadaya köçü davam edir.

Bu qəbildən olan mühacirətlərin davamında İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın oğlu İshaq Qalibaf Kanadaya köçür.

“Bundan əvvəl Kanada hökuməti İshaq Qalibafın viza tələbinə mənfi cavab verib. O, vəkil vasitəsilə Kanada dövlətini məhkəməyə verib və Kanada məhkəməsi İran rəsmisinin oğluna viza verilməsi barədə qərar çıxarıb”, – deyə Almaniya radiosunun məlumatında bildirilib.

Qeyd edək ki, son vaxtlar Kanadada yaşayan və İran hakimiyyəti ilə əlaqəli olmaqda şübhəli bilinən 141 nəfər barədə tədqiqat başladılıb və 10 yüksəkrütbəli iranlı məmurun bu ölkədən çıxarılmasına qərar verilib.

Related Articles

Bir cavab yazın

Back to top button