İran

Mehrdad Şeyxi sağlamlıq bölməsinə köçürülüb

Mey ayının 23-də azərbaycanlı fəal Mehrdad Şeyxinin Ərdəbil həbsxanasında saxlanıldığı bölmə dəyişdirilib. Belə ki, fəal həbsxananın 7-ci bölməsindən “sağlıq” bölməsinə köçürülüb. Qeyd edək ki, Mehrdad Şeyxi mey ayının 18-də ailəsi ilə telefon danışığı zamanı zindanın 7-ci bölümünə köçürüldüyünü söyləyib. Bildirək ki, tanınmış siyasi məhbus, 15 il həbs cəzasına məhkum edilən Abbas Lisani də bu bölmədə saxlanılır. Artıraq ki, Mehrdad Şeyxi fevriyənin 27-də Məhkəmə Hökmlərinin İcrası İdarəsindən bildiriş alıb. Nəticədə fəal 6 aylıq həbs cəzasını çəkmək üçün Ərdəbil zindanına yollanıb. Mehrdad Şeyxi 2019-cu ildə yanacaq qiymətlərinin bahalaşmasına qarşı etirazlara qatıldığı üçün tutuqlanıb.
O, 2019-cu il novambrın 20-də Ərdəbildə atası evində İranın əmniyət qüvvələri tərəfindən həbs edilib. 11 gün təkadamlıq həbs otağında saxlanıldıqdan sonra 30 milyon tümən vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb. Ərdəbil İnqilab Məhkəməsi Mehrdad Şeyxiyə “hakimiyyətə qarşı təbliğ” ittihamı ilə bir il həbs cəzası verib. Ancaq Təcdidnəzər Məhkəməsi bu müddəti 6 aya endirib. Fəalın qardaşı Behnam Şeyxi isə Tehranın Evin zindanının 8-ci bəndində saxlanılır. Milli fəala Beynəlxalq Ana Dili Günü mərismlərinə qatıldığı üçün 2 il həbs cəzası verilib.

Related Articles

Bir cavab yazın

Back to top button