İran

İranda qeyri-farsların öz maddi-mədəni irsinə sadiqliyi

Uzun illərdir ki, İranda həm siyasi, həm də kültürəl mənada fars faşizmi hakim mövqeyə sahibdir. Bu baxımdan, istər Pəhləvi rejimində, istərsə də İslam Cümhuriyyəti zamanında aşırı dərəcəyə çatmış fars milliyyətçiliyi İranda dövlətin və sistemin ayrılmaz parçasına çevrilib. Belə ki, son yüz ildə İranda qeyri-farslara qarşı şiddətli şəkildə asimilasyon siyasəti aparılıb. Ancaq bu gün istismar siyasətinin davam etdirilməsi qeyri-mümkündür.
Məlum olduğu kimi, İranda fars olmayan millətlərə qarşı sərt münasibət mövcuddur. Buna rəğmən, qeyri-fars millətlər öz azadlıqları və hüquqları uğrunda mücadilə aparmaqdan usanmır. Bu mübarizə əzmi öz haqlarının müdafiəsi yönündə bütün millətlərin oyanışa çağırışıdır.
Ana dilində təhsil istəyi artıq bu gün İranda yaşayan bütün millətlərin ortaq tələbi və istəyidir. Ancaq fars faşizminin belə insani və təməl haqları inkar edib, istismara israrlı olması, bütün sansorlara rəğmən, İran və fars faşizminin gerçək üzünü dünyana göstərir. Bütün siyasi və iqtisadi imkanları əlində tutan, habelə uzun illər fars olmayanları baykot edən bu milliyyətçilik artıq həqiqətləri bütünlüklə kölgədə qoymaq iqtidarında deyil. Doğrudur, İranda hakimiyyətin müxalifəti olan mərkəzçi fars milliyyətçiliyi də ən az hakimiyyət qədər qeyri-farslara qarşı sistematik bir basqı tətbiq edir. Ancaq artıq dünya dəyişib və heç bir hakimiyyət əbədi olaraq öz çirkin siyasətini sürə bilməz. Son illərdə iqtisadi vəziyyətin çətinləşməsi ilə birlikdə ümumi narazılıqlar da artıb. Ölkədəki millətlərin böyük əksəriyyətinin hakimiyyətdən soyuduğu bir məqamda, qeyri-farslar da müxalifət adı altında fars faşizmini sürdürənlərdən uzaqlaşmağa nail olublar. Bu durum illərdir yerində addımlayan fars mərkəzçi fəallarını daha kinli davranmaya məcbur edib. Buna baxmayaraq, nəticədə bu durum millətin öz azadlığı uğrunda birlik göstərməsinə təkan verib. Misal üçün, marsın 20-də Təbrizin Şahgölü parkında bir qayığın Azərbaycan bayrağının rənglərinə boyanması bütün mətbuat orqanlarının gündəminə çevrildi. İlk başda sosial şəbəkələrdə fars milliyyətçiləri və İranşəhri düşüncəsinə mənsub şəxslər bu məsələyə etirazlarının bildirdilər. İranşəhri düşüncəsinə sadiq qalanlar pantürklərin Təbriz şəhrdarisinə daxil olduğunu və bu planı həyata keçirdiklərini dilə gətirdilər. Sosial mediada bu məsələ izləyicilərin geniş marağına səbəb oldu. Bu məqamda isə Təbriz Dadsitanisi məsələyə müdaxilə etdi. Dadsitanlıqdan göndərilmiş özəl əmniyyət məmurları parka gələrək qayığın boyalarını təmizlədi və bir neçə park işçisini tutuqladı. Bəlkə də bəzədilmiş bu qayıq çoxlu sayda sakinin marağını özünə çəkə bilməmişdi, bəlkə də onun sırf həmin rənglərdə boyanmasının əlavə mənası yox idi. Ancaq bu bir faktdır ki, fars rejimi heç bir vəch ilə azərbaycan xalqının maddi-mədəni irsinə, milli kimliyinə göz yummaq niyyətində deyil. Belə ki, İranşəhri düşüncəsinə mənsub şəxslərin bu məsələyə diqqət çəkməsi və fars milliyyətçilərinin əmniyyət gücləri içindəki nüfuzu məhkəmənin belə məsələyə qarışmasına səbəb oldu. Neçə gün bu olaydan sovuşmasına rəğmən, minlərlə insan artıq bu məsələdən xəbərdardır. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, millətin panfarsların bu addımına nifrət bəslədiyini duymaq, Azərbaycan bayrağına olan xalq sevgisini hiss etmək elə də çətin deyil. Uzun illər istismar siyasətinə və basqısına məruz qalmış xalq artıq bu zülmə qatlanmamaq üçün mübarizlik göstərir. Özəlliklə son olaylar əsasında ictimai rəyin formalaşması fars faşizminin hakimiyyətin içərilərinə doğru sızdığını deməyə əsas verir. Bununla da Azərbaycan xalqının azadlıq səsi daha yüksəklərə ucalır, milli-mənəvi məsələlərə həssaslıq daha da artır. 1385-ci ildə İran qəzetində türklərə həqarətlər necə bir oyanışa və millətin öz varlığına sahib çıxmasına səbəb olmuşdusa, bu gün də bu kimi hadisələr ancaq və ancaq fars faşizmin daha çox uçuruma getməsinə nədən olur. Azərbaycanlıların öz varlığını qoruması, Vətən sevgisi hər daim yaşayır və yaşayacaqdır!

Related Articles

Bir cavab yazın

Back to top button