İran

İran daxili işlər naziri Bakıya xəbərdarlıq etdi: “İranla düşmənçilik edən hər kəs uduzmuş olacaq”

İranın daxili işlər naziri Əhməd Vəhidi cümə günü Şərqi Azərbaycan əyalətinə səfəri zamanı İran-Azərbaycan birgə su bəndinə baş çəkərkən deyib: “Azərbaycanın İran xalqı və dövlətindən daha yaxşı dostu olmayacaq”.

“Sionist rejimin” region ölkələri arasında ixtilaf və təfriqə yaratmağa çalışdığını deyən iranlı nazir vurğulayıb ki, İran İslam Respublikası qonşularına dostluq əli uzadır.

O, habelə bölgədə əlverişli layihələrin həyata keçirilməkdə olduğunu və mövcud imkanların inkişaf etdirilməsi mümkünlüyünə diqqət çəkərək əlavə edib:

“Azərbaycan xalqının İran xalqı ilə qədim əlaqələri var. Amma İslam Respublikası ilə düşmənçilik edən hər kəs uduzacaq və zərər görəcək. Biz qonşularımızı dostlarımız hesab edirik və onlarla hərtərəfli əlaqələri gücləndirmək istəyirik”.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button