Dünya

AMERİKA DÜNYA BEHDAŞT TƏŞKİLATININ SIRALARINI TƏRK ETDİ

Amerika prezidenti Donald Tramp, ölkəsinin Dünya Behdaşt Təşkilatından rəsmi şəkildə getdiyini açıqlayıb.
Mey ayının 19-da Donald Tramp, Amerikanın beynəlmiləl təşkilatların və ajansların sıralarını tərk etməsinin davamında, Dünya Behdaşt Təşkilatını Çindən asılı vəziyyətdə olmaqda ittiham edərək, ölkəsinin bu dünya təşkilatına üzvlüyünü ləğv etməklə hədələmişdi və cümə günü təşkilatın sıralarını tərk etdikərini açıqlayıb.
Cümə günü mətbuat konfransında çıxış edən Tramp, Amerikanın beynəlmiləl təşkilatların və ajansların sıralarını tərk etməsinin davamında, Dünya Behdaşt Təşkilatından rəsmi şəkildə çıxdığını açıqlayıb. “Onlar lazımi islahatlar apara bilmədikləri üçün bu gün Dünya Behdaşt Təşkilatı ilə münasibətlərimizə son qoyacağıq”, – deyə bildirib.
Xatırladaq ki, Daha öncə Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında Dünya Behdaşt Təşkilatının koronavirusun yayılmasına cavabı ilə bağlı öz vəzifəsinə əməl etmədiyini bildirmişdi.
O, Birləşmiş Millətlər Təşkilatına bağlı Dünya Behdaşt Təşkilatı üçün, “bu təşkilat, Çinin Vuhan şəhərində koronavirusun yayılması ilə bağlı baş verənləri ört-basdır edib” deməklə Çini günahlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button