Bu barədə SEPAH-a bağlı sosial şəbəkə hesablarında paylaşımlar edilib.
Oktyabrın 7-i gecə saatlarında SEPAH və “Bəsic” üzvlərinin Zəncanda keçirdikləri aksiyada çıxışçı Mehdi Rəsuli Azərbaycanın İsrailə dəstək verdiyini deyib, bunun Azərbaycan üçün ağır nəticələrə gətirib çıxaracağı barədə danışıb.
Əli Xameneinin ofisinə bağlı olan məddah Mehdi Rəsuli buna görə Azərbaycan rəhbərliyinin ünvanına nalayiq ifadələr işlədib.
Qeyd edək ki, Mehdi Rəsuli Gürcüstan azərbaycanlıları arasında İranın siyasi-ideoloji təbliğatçısı sayılır, o, bu məqsədlə davamlı olaraq Gürcüstana səfər edir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub.
Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.