İran

“İRAN KORONAVİRUS MƏSƏLƏSİNDƏ ÇİNİN YOLUNU GEDİR”

Amerikanın Xarici İşlər Vəzirliyi farsca Tvitter hesabında İranda Covid-19-a tutulmaların yenidən artmasına işarə edib. İranı “yalan yaymaqda” və ifşa edən jurnalistləri həbs etməkdə günahlandırıb. “Bizim insani yardımların göndərilməsi ilə bağlı önərimiz hələ də qüvvədədir”, – deyə bildirilib.
Xarici İşlər Vəzirliyinin tirin 3-ü səhər fars dilində yazılan tvitində deyilir: “Dünyada epideminin qarşısının alınması üçün bütün ölkələrə şəffaflıq lazımdır. Ancaq rejim yalnış bilgilər yaymaqla, mərizlərin və ölənlərin həqiqi sayı ilə bağlı yalanlar yayaraq və Şəhram Səfəri kimi jurnalistləri tutaraq, Çinin yolunu gedir”.
Bu tvit bu yaxınlarda “yalan bilgilər yaymaq və camiəni çaşdırmaq, insanları ruhanilərə və Qumun elmi hövzəsinə qarşı bədbin etmək, habelə Covid-19 mərizlərinin aamarını yaymaq” ittihamları ilə həbs olunan “RavijPress” Telegram kanalının müdirinə aiddir.
Xordadın ortalarında “Hüdudsuz Jurnalistlər Təşkilatı” Şəhram Səfəri və başqa iki iranlı jurnalistin həbs cəzasına məhkum edilməsini pisləyib.
Xarici İşlər Vəzirliyinin tvitində habelə bildirilir: “Rejim insanlara bu mərizliyin əsl xətəri barədə bilgi vermək üçün tam aamar və rəqəmləri dərc etməli idi. Bunun yerinə, rejim günahı tibb sənayesini heç vaxt hədəf almayan təhrimlərin üzərinə atmağa təsmim tutub. Bizim rejimə pəyamımız İran xalqı ilə eynidir: Öz bacarıqsızlığınıza və səriştəsizliyinizə görə dünyanı qınamağa son qoyun və zülmünüzün altında əzilən iranlılara kömək edin. Bizim insani yardımların göndərilməsi ilə bağlı önərimiz hələ də qüvvədədir”.
****

Related Articles

Bir cavab yazın

Back to top button