Azərbaycanİran

Həbs edilən üç azərbaycanlı qadın 34 gündən sonra Təbriz həbsxanasından buraxılıb

"Nojan Bəzazzadə, Fərzane Aali və Kosər Əsədi" Son etirazlar zamanı həbs edilən azərbaycanlı qadınlar 34 günlük həbsə dözdükdən sonra məhkəmə prosesinin sonuna qədər 1 milyard tümən girov müqabilində Təbriz həbsxanasından müvəqqəti buraxılıblar.

Bu üç Azərbaycanlı Türk qadını 1401-ci il Azərin 8-də Təbrizdə həbs edildi.

İşin təfərrüatları və bu şəxslərə qarşı irəli sürülən ittihamlar barədə ətraflı məlumat yoxdur.

Son aylarda Güney Azərbaycan şəhərlərində məhbus sayının çox olması və ailələrin məlumatsızlığı və məlumat vermək qorxusu bir çox məhbusların uzun müddət təzyiqlərə, işgəncələrə və qeyri-qanuni həbslərə məruz qalmasına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button