İran

İranda yeni hava limanlarının tikintisi layihələri Çin və Rusiyaya verilib

İranda yeni hava limanlarının tikintisinə dair layihələr qarşıdakı 25 il ərzində Çin və Rusiyaya veriləcək.

İranda yeni hava limanlarının tikintisinə dair layihələr qarşıdakı 25 il ərzində Çin və Rusiyaya veriləcək.

“Aznews tv”ın xəbərinə görə, İran Hava Limanları və Hava Naviqasiya Şirkətinin rəisi Siyavuş Əmirmokri fevralı 2-də Çin və Rusiya ilə onların İranda hava limanları tikməsi məsələsinin müzakirə edildiyini bildirib: “İlkin araşdırmalardan və danışıqlardan sonra biz daha çox texniki və ixtisaslaşmış mövzulara keçəcəyik”.

Xatırladaq ki, Siyavuş Əmirmokri təxminən iki ay öncə İranda keçirilən Beşinci Beynəlxalq Nəqliyyat Sərgisi çərçivəsində ölkədə yeni hava limanlarının tikiintisi ilə bağlı müraciətlərin çoxaldığını vurğulayaraq bildirib: “Yeni hava limanlarının sayının artırılmasına tələbat olsa da, biz bu tələbat qarşısında müqavimət göstəririk”.

Hazırda isə görünən odur, İran hökuməti Çin və Rusiyanın istək və tələbləri qarşısında boyun əyməli olub.

Qeyd edək ki, Əmirmokri İranda yeni hava limanları tikintisi projələrinin gələcək 20-25 ili əhatə edəcəyini söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button