İran

İranda universitet müəllimləri işdən qovuldu

İranda etirazçı müəllimlərin işdən qovulması davam edir.

Tehran İncəsənət Universitetinin 6 müəllimi etirazçıları dəstəklədikləri və tələbələrin həbsinə etiraz etdikləri üçün işdən qovulublar.

Bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb.

Müəllimlərin Universitetdən qovulduqları barədə xəbərdən sonra adı çəkilən Universitetin bir qrup müəllimi bəyanat yayaraq hakimiyyətin bu hərəkətini pisləyib və dərsləri dayandırıblar.

Bundan bir müddət əvvəl isə eyni səbəblərə görə İranın Azad Universitetinin 9 müəllimi işdən çıxarılıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb, onların bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button