Azərbaycanİran

Yürüş Mehrəlibəyli: Dözümlülük bugünün gərəyi, gələcəyin təməli

Biz öz tutduğumuz statejimizə tam inandığımız halda, "Azadlıq, ədalət, milli hökümət" uğrunda çalışan bütün fərd və təşkilatları özümüzdən bilirik. Yaşasın birliyimiz

Fransa inqilabının əsas şuarı “azadlıq, bərabərlik və qardaşlıq” idi. Ancaq inqilabdan sonra baş verən qanlı olaylar, onları bu nəticəyə çatdırmışdır ki, qardaşlıq yerinə tolerans (dözümlülük) daha yeymiş. Tolerans bizimlə muxalif olan və bəyənmədiyimiz əqidənin və onu daşiyanların var olduğuna dözməkdir; Onların varlığını qəbul etməkdir. Onların hətta ziyanlı olduğunu düşünsəkdə, qabalıq və xuşunətə əl atmadan onlara yanaşmadır. Dözümlülük şəxslərə və qurumlara yönəlik bir özəllikdir və gələcəkdə dövlətın qurallarından olan ” əqidə azadlığı”-nin təməlidir. Ancaq bir nasyonalisti hərəkət olaraq, birləşməyə ehtiyacımız olduğu üçün dözümlülük və muxalif tutum və səliqələrə dözmək vazkeçilməz özəllikdir. Bu özəlliyi daşıyan şəxs və təşkilatlarımıza əlbəttəki hakimiyyət dözəbilməz. Elə onun açündür ki, toleransın milli hərəkətimizdə simgəsi olan Mahmud bəy bilgin hakimiyyətin siblindədir. Xoşbəxtliklə, milli hərəkətimizdə tolerans kök salıb və heç bir qurğu ilə bu hərəkəti inhisarçılığa diktatorluğa sürükləmək olmaz. Bugün muxtəlif fikirlərə yer verilən və gələcəyin pluralismini qarnti edən ANTV kimi televiziyalarımız və toleransla bütün səliqələrə yanaşan öyrənci hərəkətini yanar saxlayan AZOH kimi təşkilatlarımız var.
Nasyonalismin əsas ışləvlərindən biri, milli birlik yaratmaqdır, milli hakimiyyət uğrunda milli birlik yaratmaq üçün toleransdan daha üstün bir özəlliyə yiyələnmək gərəkir, oda milli qazanc üçün təkcə rəqib qurupun varlığına dözmək deyil, ara-sıra rəqib qurupun tutumun mənimsəmək gərəkir. Dirəniş təşkilatının milli mucadilə bayrağını mənimsəməsi bu qonuda ən önəmli örnəkdir. Biz öz tutduğumuz statejimizə tam inandığımız halda, “Azadlıq, ədalət, milli hökümət” uğrunda çalışan bütün fərd və təşkilatları özümüzdən bilirik.
Yaşasın birliyimiz

Related Articles

Bir cavab yazın

Back to top button