Dünya

Mayk Pompeo: “Seçkilər ədalətli keçiriləcək”

Amerikanın xarici işlər vəziri qarşıdakı prezident seçkilərinin Çin, Rusiya və İran kimi ölkələrin müdaxiləsi olmadan keçiriləcəyinə inandığını bildirib. Mayk Pompeo Washington Times-a müsahibəsində belə deyib. “Seçkilərdə nüfuz etmək, nəticələrin dəyişdirilməsi və müdaxilə etmək üçün kiber təhdidlər mövcuddur. Ancaq baş verə biləcək yalan kəmpeynlərə hazır olduğumuzdan əmin olmaq üçün çox yaxşı işlər görmüşük”- deyə o,əlavə edib. Məlumata görə, Pompeo 2016-cı il seçkiləri ilə bağlı Obama dövlətini intiqad edib. Həmin seçkidə baş verənlərin yanlış olduğunu bildirib. Onun sözlərinə görə, öncəki dövlət Rusiya müdaxiləsinin qarşısını almaq üçün lazımi tədbirlər görməyib. Vəzir, Amerikanın indiki dövlətinin buna icazə verməyəcəyini vurğulayıb. Əmn, azad və ədalətli seçki keçiriləcəyini açıqlayıb. “Novambr seçkilərinə 100 gün qalıb. İran və Çindən olan pis oyunçular, habelə bizimlə düşmənçilik edən başqa qeyri-dövlət qrupları da seçkilərə müdaxilə etmək istəyə bilərlər”,-deyə o diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button