İran

Tehran və İranın daha 91 şəhərində koronavirusun “qırmızı” durumu elan edildi

İranın Sağlıq vəzirliyinin “Mask” proqramında verdiyi açıqlamaya görə, Tehran və ölkənin 91 şəhərində Covid-19-un “qırmızı” durumu elan edilib.

Habelə bu proqramda verilən bilgiyə görə, hal-hazırda 183 şəhər “narıncı”, daha 173 şəhər isə “sarı” durumdadır.

İran Sağlıq vəzirliyi bildirib ki, “qırmızı” durumda olan şəhərlərin sayının artmasının və “pandeminin beşinci dalğasının başlamasının” səbəbi virusun yeni növlərinin yayılması və sağlıq qaydalarına əməl edilməsinin azalması”dır.

Halbuki, İranda vaksinasyonunun son dərəcə zəif aparılması geniş etirazlara yol açıb.

İki gün öncə Tehran əyaləti üzrə Koronavirusla Mübarizə Qərargahının müavini Nadir Təvəkkoli koronanın beşinci dalğasının bir həftə öncə başladığını açıqlayıb.

Bildirək ki, Covid-19-un dördüncü dalğasından sonra İranda “qırmızı” durumda olan şəhərlərin sayı üçə enmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button