
Təbrizdə Şərqi Azərbaycan Sosial Rifah İdarəsinin qarşısına toplaşan etirazçılar müxtəlif şüarlar səsləndirib, hökumətin onların problemlərinə laqeyd yanaşdığını deyiblər.
Onlar maaş və pensiyaların aşağı olmasından, əlavə sığorta problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib, inflyasiya ilə onların təqaüdlərinin uyğun olmadığını söyləyiblər.
Qeyd edək ki, bu cari ildə təqüdçülərin çox saylı aksiyalarının davamıdır və Təbrizlə yanaşı onlarla şəhərdə, o cümlədən Ərdəbil, Urmu, Qəzvin, Həmədan, Tehran, Kərəc, Məşhəd şəhərlərində də oxşar istəklərlə etiraz aksiyaları keçirilib.