Ətraf Mühit

ABŞ-da maral bərbərxananı dağıdıb – VİDEO

Nyu-Yorkda yerləşən bərbərxanalardan birinə yüksək sürətlə maralın girməsini əks etdirən videogörüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Aznews.tv xəbər verir ki, vitrin şüşəsini sındırıb məkana daxil olan maral bir müddət sonra oranı tərk edib.

Qeyd edək ki, orada saç ləvazimatlarının biri maralın buynuzuna ilişib və maral onu da özü ilə aparıb.

Bərbərxanada olan qadınlardan biri baş və ayaq xəsarətləri ilə xəstəxanaya qaldırılıb.

Hal-hazırda onun vəziyyəti yaxşıdır.

Aznews.tv

Bir cavab yazın

Back to top button