İran

Əhməd Xatəmi Mahmud Əmcədin fikirlərinə münasibət bildirib

Xübrəqan Məclisinin Rəyasət Heyətinin üzvü Əhməd Xatəmi Elmiyyə Hövzələrinin əxlaq üzrə ustadı Mahmud Əmcədin fikirlərinə münasibət bildirib. O, qeyd edib ki, Mahmud Əmcəd özlüyündə önəmli biri deyil. Bu, vilayətin çökdürülməsi ilə bağlı bir cərəyandır. Həmin cərəyana qarşı işlər görülməlidir. “Vilayətə qarşı çıxan cərəyan indiki durumdan istifadə edərək millətin birliyinə səbəb olan şəxsə ziyan vurmaq istəyir. Ölkənin bütün fərhəngi və siyasi cərəyanları bunun qarşısında durmalıdır”,-deyə Xatəmi vurğulayıb.
Qeyd edəki, Mahmud Əmcəd azər ayının 25-də instaqram hesabında Ruhulla Zəmi “qətlə yetirilmiş məzlum” adlandırıb. O, Əli Xameneinin 1388-ci ildən bu yana bütün cinayət və qətllərdə məsul şəxs olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button